"Amrahbank" ASC bankın bütün növ kartlarının sahiblərinə "3D Secure" təhlükəsizlik sisteminə qoşulmaq imkanını yaratmışdır. Bu xidmət həm MasterCard, həm də VISA plastik kartlarına şamil olunur.

“3D Secure” - İnternet vasitəsilə aparılan əməliyyatlarda dələduzluq hallarından mühafizə və ödənişlərin təhlükəsizləşdirilməsi imkanını verən qabaqcıl texnologiyadır. Bu texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” şifrəsi vasitəsilə “AzeriCard” prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılmasıdır. “3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda (bir qayda olaraq, “MasterCard Secure Code” və “Verified by Visa” loqotipi ilə işarələnir) mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri “AzeriCard” səhifəsinə keçir, orada "3D" şifrəsini daxil edir və yalnız şifrənin təsdiqindən sonra ödənişi keçirir. Belə ki, plastik kartın özü və ya üzərindəki məlumatlar itirildikdə/oğurlandıqda kartın sahibindən başqa və ya onun xəbəri olmadan internet vasitəsilə əməliyyat aparıla bilməz.

“3D Secure” xidmətinə qoşulmaq üçün kart sahibləri qeydiyyatdan keçməlidir. Bunun üçün müştərilər istənilən bankomatın XİDMƏTLƏR menyusuna daxil olub, ordakı "İnternet Banking və 3D Secure üçün birdəfəlik parollar siyahısı" bölməsini seçməli və birdəfəlik şifrələr qeyd edilmiş çeki çap etməlidirlər. “SMS-Xəbərdarlıq” xidmətinə qoşulmuş müştərilər qeydiyyat şifrəsinin mobil telefona göndərilməsini istəyirlərsə bu çeki çap etməyə bilərlər.
Qeydiyyatdan keçmək üçün buraya daxil olun.  

Qeydiyyatdan keçəndən sonra, “3D Secure” proqramını dəstəkləyən internet-mağazada əməliyyatı uğurla tamamlamaq üçün, “3D” şifrəsinin daxil edilməsi tələb olunacaq. Bu şifrə, müştərinin seçiminə görə, üç üsulla əldə oluna bilər:

1. "İnternet Banking və 3D Secure üçün birdəfəlik parollar siyahısı"ndan

2. SMS vasitəsi ilə (“SMS Xəbərdarlıq” xidmətinə qoşulmuş müştərilər üçün)

3. Qeydiyyat zamanı daxil edilmiş daimi şifrə 

“3D Secure” xidmətinə qoşulma və istifadə pulsuzdur.

Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru