İnformasiya Texnologiyaları Komitəsi

Sədr- Leyla Məmmədbəyli, İdarə Heyətinin Sədri v.i.e
Üzv- Əziz Abdiyev, İnformasiya Texnologiyaları Departamentinin Direktoru
Üzv- Güldanə Aslanova, Risklərin İdarə Edilməsi Departamentinin Direktoru

Komitəsinin vəzifələri
:

Bankın İT strategiyasını myəyyən edir, İT təhlükəsizliyi üzrə siyasəti hazırlayır, İT standartlarını təsdiq edir, alınmalı olan İT məhsullarını planlaşdırır, gələcəkdə alınacaq proqram paketlərinin zəruriliyi, mahiyyəti və xərclərin  təhlilini  həyata keçirir, işə salınma  grafikini müəyyən edir, istifadə olunacaq proqram, aparat vasitələri və kommunikasiyaların ümumi strukturunu hazırlayır, yeni proqramlara və istifadə olunan proqramların yeni versiyalarına keçidin strategiyasını  və metodologiyasını hazırlayır.


Aktiv və Passivlərin İdarə Edil­mə­si Komitəsi 


Səd
r- Leyla Məmmədbəyli, İdarə Heyətinin Sədri v.i.e
Üzv-  Laçın Əliyev, İdarə Heyəti Sədrinin müavini v.i.e.
Üzv- Hürü Salxayeva, Maliyyə Menecmenti Departamentinin Direktoru
Üzv-  Güldanə Aslanova, Risklərin İdarə Edilməsi Departamentinin Direktoru 
Üzv-  Fərid Qəhrəmanov, Xəzinədarlıq Departamentinin Direktoru

Komitənin vəzifələri:

Bank qaydalarınaa əsasən maliyyələşdirmə, likvidlik və bazar risklərinin idarə edilməsini həyata keçirir, likvidlik və valyuta mövqeyinin idarə edilməsi ilə bağlı monitorinqlər həyata keçirir, təhlillər edir, aktiv və passivlərin səmərəli idarə edilməsini təmin edir; aktivlərin az riskli sahələrə yönəldiliməsi ilə yüksək səmərəliliyini və gəlirliliyini təmin edir. Aktiv və öhdəliklərin faizləri, cəlbetmə və yerləşdirmə mənbələri, limitlər çərçivəsində faiz, marja və spredlər barədə təkliflər verir, xəzinədarlığın   səmərəli işləməsini təmin edir.


Risklərin İdarə Edil­mə­si Komitəsi
 

Səd
r- Fazil Hüseynov, Müşahidə Şurasının Üzvü
Üzv- Şahin Quliyev, Audit Komitəsinin Sədri
Üzv- Leyla Məmmədbəyli, İdarə Heyətinin Sədri v.i.e 
Üzv- Əziz Abdiyev, İnformasiya Texnologiyaları Departamentinin Direktoru 
Üzv- Güldanə Aslanova, Risklərin İdarə Edilməsi Departamentinin Direktoru
Üzv- Fərid Qəhrəmanov, Xəzinədarlıq Departamentinin Direktoru
Üzv- Hürü Salxayeva, Maliyyə Menecmenti Departamentinin Direktoru

Komitənin vəzifələri:

Risklərin idarə edilməsi prosedurlarını hazırlayır, risklərin qiymətləndirilməsi, risk siyasəti ilə bağlı təkliflər hazırlayır, risklərin təhlili, risklər üzrə qərarların icrasına nəzarəti təmin edir. 

 
Mükafatlandırma Komitəsi 

Səd
r- Fazil Hüseynov, Müşahidə Şurasının üzvü 
Üzv- Leyla Məmmədbəyli, İdarə Heyətinin Sədri v.i.e 
Üzv- Laçın Əliyev, İdarə Heyəti Sədrinin müavini v.i.e. 
Üzv- Vüsal Musayev, İdarə Heyətinin üzvü
Üzv- Kamran Əhmədov, İdarə Heyəti Sədrinin İnsan Resursları məsələləri üzrə müşaviri

Komitənin vəzifələri:

Bankın fəaliyyətinin nəticələrinə əsaslanaraq strateji hədəflərə nail olmasına yönəldilmiş mükafatlandırma siyasətini müəyyənləşdirir, mükafatlandırma prosesinə nəzarət edir, mükafatlandırma siyasətinin bankın mənafeyinə uyğun olmasını təmin edir, mükafatlandırma siyasətinin tətbiqi ilə bağlı prosedurların qəbulunu təşkil edir və təkmilləşdirir.


Böyük Kredit Komitəsi


Sədr-
Laçın Əliyev, İdarə Heyəti Sədrinin Müavini v.i.e. 
Üzv- Vüsal Musayev, İdarə Heyətinin üzvü
Üzv- Tural Mahmudov, Hüquq Departamentinin direktor müavini
Üzv- Eldar Fərhadov, Kredit sahəsi üzrə Baş Direktor
Üzv- Kamran Sadıxov, Biznes Kreditləri Satışı Departamentinin üzvü 

Böyük Kredit Komitəsinin vəzifələri:


Mövcud olan kredit satışının səmərəli idarəedilməsini həyata keçirir, kredit siyasətini      hazırlayır. kreditlərin verilməsi və kredit məhsullarının satışının həyata keçirilməsinə, kredit portfelinin keyfiyyətinə nəzarət edir. 


Audit Komitəsi
 

Sədr
- Şahin Quliyev
Üzv-  Anar Əliyev
Üzv - İlqar  Əliyev

Komitənin vəzifələri:

Bankın audit siyasətini və strategiyasının müəyyən edir, həyata keçirilməsini təmin edir, Daxili Audit Departamentinin fəaliyyətinə nəzarət edir, Bankın bütün struktur bölmələrində audit yoxlamalarının beynəlxalq standartlara uyğun aparılmasını, daxili nəzarət sistemlərinin effektivliyini təmin edir, maliyyə hesabatlığına əhəmiyyətli təsir göstərə bilən bütün hüquqi məsələləri təhlil edir, hüquqi- normativ sənədlərə uyğun tələblərin yerinə yetirilməsini İdarə Heyətindən tələb edir, kənar auditor, İdarə Heyəti və əlaqədar struktur bölmələrilə birlikdə kənar auditorun hesabatlarını təhlil edir, çatışmazlıqların aradan qaldırılması üçün təkliflər verir, bunların icrasına nəzarəti təmin edir, Bankın qarşısında duran strateji və taktiki məqsədlərə nail olunmasına köməklik  edir.
 
Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru