Amrahbank 1993-cü il tarixindən fəaliyyətə başlamış və ölkənin aparıcı  banklarındandır .Fəaliyyətinin nəticələri və dinamik inkişafı sayəsində Amrahbank beynəlxalq maliyyə təşkilatlarının diqqətini də cəlb etmişdir.

2008-ci ildə Bankın səhmlərinin Bəhreyn Krallığında  yerləşən ”Beynəlxalq İnvestisiya Bankı”na (BİB) 49 % pay ilə satılması Bankın tarixində xüsusi bir mərhələ kimi qeyd olunur. Dünya miqyasında nüfuzlu bir təşkilat sayılan Beynəlxalq İnvestisiya Bankı, “Amrahbank”da korporativ idarəetmənin təkmilləşdirilməsində, risklərin idarə olnması, Bankın fəaliyyətinin müxtəlif istiqamətlərində böyük rol oynamış, öz bilik və təcrübələrini əməkdalarımızla bölüşmüşlər.

Eyni zamanda bu strateji əməkdaşlıq “Amrahbank”a müxtəlif aparıcı maliyyə təşkilatları ilə sıx münasibətlər yaratmağa da geniş imkanlar açmışdır. Qeyd edək ki, Amrahbank Azərbaycanda ərəb kapitalı olan yeganə Bankdır.

Hal-hazırda Bankın kapitalında fiziki şəxslər 54,16%, BİB isə 45,84% səhm payına malikdir.

Beynəlxalq İnvestiya Bankının fəaliyyəti ilə daha ətraflı BİB-nin web-səhifəsində - http://www.iib-bahrain.com  tanış ola bilərsiniz.

31 dekabr 2018-ci il tarixinə Amrahbank”ın səhmdar kapitalının tərkibi aşağıdakı kimi olmuşdur: 

İldırımzadə Yunis Əli oğlu - 53.17%

İİB Caspian İnvestment LTD - 45.84%

İldırımzadə Elza Abbas - 0.33%

İldırımzadə Əmrah Yunis - 0.33%

İldırımzadə Xaliq Yunis - 0.33%

Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru