Hörmətli müştəri,

Sizin qurumu Azərbaycan hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında 16 May 2014-cü il tarixində şərtləri razılaşdırılmış Beynəlxalq Vergi Qanunvericiliyə əməl etmə vəziyyətinin yaxşılaşdırılması və Xarici hesablar üzrə Vergi Qanunvericiliyinə Əməletmə Aktı (“FATCA”) üzrə Sazişin (“Saziş”) AMRAHBANK ASC ilə (“AB” və ya “Bank”) Sizin aranızdakı münasibətlərə mümkün təsiri ilə bağlı məlumatlandırmaq istərdik.

FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyicilərinin müəyyən edilməsi (“ABŞ Şəxsləri”) olmaqla AB kimi maliyyə institutlarında müştərilərin sənədləşdirilməsi və hesabatlılığı ilə bağlı yeni prosedurlara əməl edilməsini təmin etməkdir.  Sazişə əsasən FATCA-nın tələblərinə uyğun olaraq yeni müştəri qəbulu qaydaları 1 iyul 2014-cü ildən etibarən tətbiq olunmağa başlamışdır.  Buna baxmayaraq 1 iyul 2014-cü ildən əvvəl açılmış hesabların da müəyyən parametrlər əsasında verifikasiya olunması tələb olunur. 

Sazişə əsasən ABŞ şəxsləri ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabat vermək öhdəliyi olan AB sizin təşkilatın FATCA statusunu müəyyən etmək üçün banka təqdim edilən sənədlər və məlumatlar əsasında aşağıdakıları həyata keçirəcək:

  • FATCA ilə bağlı statusunuz qiymətləndirmək, o cümlədən sizin təşkilatın;
  • FATCA məqsədləri üçün maliyyə institutu (həmçinin iştirakçı olmayan maliyyə institutu) olub-olmamasını müəyyən etmək;
  • ABŞ şəxsi olan nəzarətçi şəxslərin olub-olmamasını müəyyən etmək;
  • ABŞ Əlamətlərini (məsələn: hesab üzrə sənədlərdə qeyd olunmuş ABŞ ünvanı, ABŞ telefon nömrəsi və ya ABŞ-da təsis olunma və s.) müəyyən etmək və tələb olunduğu halda müvafiq düzəlişlər etmək.  Bununla bağlı tərəfinizdən əlavə məlumat (məsələn: FATCA statusunu təsdiq etməkdən ötrü “W-8-BEN-E” və ya “W9” adlandırılan ABŞ formaları) təqdim edilməsi zərurəti ortaya çıxa bilər.

Əgər Siz FATCA tələblərinə əsasən ABŞ Şəxsi, iştirakçı olmayan maliyyə institutu və ya ABŞ şəxsi olan nəzarətçi şəxslərə malik passiv qeyri-maliyyə institutu hesab olunsanız (və ya AB-yə Sizin hesabınızın FATCA məqsədləri üçün təsnifləşdirilməsi ilə əlaqədar zəruri olan sənədlər təqdim edilmədiyi təqdirdə), AB-də mövcud olan hesabınıza dair məlumatlar Azərbaycan Respublikası Vergilər Nazirliyinə (onlar isə öz növbəsində bu məlumatları İRS-ə ötürəcək) təqdim ediləcəkdir.  Yuxarıda qeyd olunan kateqoriya şəxslərdən başqa digər müəssisə və təşkilatlar barədə hər-hansı bir məlumatın ötürülməsi tələb olunmur.

Nəzərə alın ki, Saziş Azərbaycan qanunvericiliyinə inteqrasiya edildikdən sonra AB-yə tələb olunan məlumatların təqdim edilməməsi AB ilə Sizin aranızda olan münasibətlərə təsir edə bilər.

FATCA ilə bağlı daha ətraflı məlumatı IRS-in internet səhifəsindən (
www.irs.gov/FATCA) və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi veb səhifəsinin FATCA bölməsindən (http://www.taxes.gov.az/modul.php?name=pages&page=151) əldə edə bilərsiniz.  Əlavə olaraq Sizin AB-də olan məsləhətçiniz də bu məsələ ilə bağlı hər hansı bir sualınız yarandığı halda onları cavablandırmağa hazırdır.

Cari hesablara xidmət
Kreditlər
   Biznes kreditləri
   Fərdi sahibkarlıq kreditləri
Depozitlər
Strukturlaşdırılmış maliyyələşdirmə
Sənədli əməliyyatlar
Tərəfdaşlıq üçün imkanlar
Biznes məsləhətləri
FATCA
Axtarış