"Mobil bank" xidməti mobil telefon vasitəsilə kart hesabının idarə olunması sistemidir. Bu xidmət vasitəsilə Siz, banka müraciət etmədən, yerləşdiyiniz yerdən və vaxtdan asılı olmayaraq, istənilən mobil operator nömrəsindən, SİM kartı dəyişmədən real vaxt rejimində aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:
- Kommunal xidmətlərin ödənişi;
- Mobil operator xidmətlərinin ödənişi;
- İnternet provayderlər xidmətlərinin ödənişi;
- Pulun kartdan karta köçürülməsi;
- Kartın bloklanması;
- Hesabdan çıxarışın alınması;
- Kartın balansı haqqında informasiyanın alınması.
Mobil bank xidmətinə qoşulma qaydaları:
- Plastik kartınızı ATM-ə daxil edib, Əsas menyuda "Xidmətlər" bölməsini seçin ;
- "Xidmətlər" menyusunda "MobilBank qeydiyyat" bölməsini seçin ;
- ATM-dən seriya nömrəsi və kodlar olan çek çap olunacaqdır ;
Mobil telefonunuza xüsusi Mobil əlavəni yükləyin (Mobil əlavələri Play Market və App Store-dan yükləmək mümkündür)
- Əlavəni yüklədikdən sonra xidməti aktivləşdirmək üçün, ATM-dən çap olunmuş seriya nömrəsini və kodları ardıcıl daxil edin ;
- Mobil əlavə üçün PİN kod yaradın, 2 dəfə daxil edin (Mobil əlavə üçün yaradılan PİN-kod plastik kartın PİN-koduna aid deyil və sadəcə Mobil əlavədə işləmək üçün lazımdır) ;
- Menyunun dilini seçib xidmətdən istifadəyə başlayın !
Məlumatların təhlükəsizliyi:
- MobilBank sistemində ötürülən bütün məlumatlar şifrələnir ;
- Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verir ;
- İcazəsiz istifadəyə qarşı MobilBank proqramına giriş xüsusi PİN-kod vasitəsilə həyata keçirilir ;
- Məlumatlar Mobil əlavədə saxlanılmır. Hostda yoxlanılır.
Qeyd: Bütün telefon versiyalarına uyğun Mobil əlavəni azericard.com saytında "Yeni Mobil Bank" bölməsinə daxil olaraq yükləmək mümkündür.
|