Azərbaycan Respublikası Mərkəzi Bankının 1993-cü il tarixli 171 saylı lisenziyası ilə fəaliyyətə başlamış Amrahbank Azərbaycanım ən sürətlə inkişaf edən banklarından biridir.

Bankımız korporativ müştərilərə geniş çeşiddə bank xidmətlərini təkluf edir. Təklif olunan xidmətlərin sırasına hüquqi və fiziki şəxslər üçün cari hesabların açılması, kreditlərin verilməsi, sənədli əməliyyatların aparılması, əmanət hesablarıının açılması, plastik kartlar üzrə əməliyyatlar, beynəlxalq və yerli pul köçürmələri, hesbalaşma-kassa xidmətləri, inkassasiya xidmətləri və s. daxildir.

Amrahbank fəal tərzdə müfəssəl inkişaf strategiyasının həyata keçirilməsi işini aparır və Azərbaycanın bir çox bölgələrində filial şəbəkəsinin yaradılması və genişləndirilməsi bu işin tərkib hissələrindən biridir. Hazırda (30.07.2018) Bankın 22 filialı, bir şöbəsi vardır və bunlardan 15-i paytaxt Bakı şəhərində yerləşmişdir.

2008-ci ildə Bankın səhmlərinin strateji investor olan Bəhreyndə yerləşən ”Beynəlxalq İnvestisiya Bankı”na (BİB) 49 % pay ilə satılması, Bankın tarixində xüsusi bir mərhələ kimi qeyd olunur. Dünya miqyasında nüfuzlu bir təşkilat sayılan Beynəlxalq İnvestisiya Bankı, “Amrahbank”da korporativ idarəetmənin təkmilləşdirilməsində, risklərin idarə olnması, Bankın fəaliyyətinin müxtəlif istiqamətlərində böyük rol oynamış öz bilik və təcrübələrini əməkdalarımızla bölüşmüşlər. Eyni zamanda bu strateji əməkdaşlıq “Amrahbank”a müxtəlif aparıcı maliyyə təşkilatları ilə sıx münasibətlər yaratmağa geniş imkanlar açmışdır. Hal-hazırda fiziki şəxslər 54,16%, BİB isə 45,84% səhm payına malikdir.

Özünün yeni baxış strategiyalarını əks etdirmək üçün 2009-cu ilin iyun ayından Amrahbank yeni korporativ imicinin tətbiqinə başladı və uğurla başa vurdu. Yeni korporativ imic “Amrahbank”ın inkişafına böyük dəstək verdi, yeni infrastrukturun yaradılmasına təkan verdi, müştərilərə daha yüksək xidmətlərin göstərilməsi təmin edildi.

Özünün müxtəlif inkişaf planlarının bir hissəsi kimi, Amrahbank korporativ müştərilər üçün maliyyə vəsaitləri, ikitərəfli kredit xətləri, ticarətin, layihələrin maliiyyələşdirilməsi, texniki yardım və s. sahələr üzrə dünyanın müxtəlif ölkələrindən olan ən iri maliyyə təşkilatları ilə tərəfdaşlıq əlaqələrini yartmaqda və möhkəmləndirməkdə daim maraqlıdır.

Amrahbank yaxın gələcək üçün Azərbaycan Qanunvericiliyi çərçivəsində İslam və Şəriət prinsiplərinə uyğun gələn bankçılıq məhsullarını təqdim etmək, bu sahədə Azərbaycan və ətraf ölkələrdəki geniş imkanlardan fayda görmək, müxtəlif ölkələrdə nümayəndəliklər açmaq, beynəlxalq reytinq agentlkilərindən reytinq almaq niyyətindədir.

Amrahbank bir sıra ixtisaslaşmış təşkilatların üzvüdür ki, bunların sırasına aşağıda qeyd olunanlar daxildir:

-Azərbaycan Banklar Assosiasiyası

-Azərbaycan Banklararası Valyuta Birjası

-VİSA Beynəlxalq Ödəniş Sistemi

-MasterCard Beynəlxalq Ödəniş Sistemi

-SWIFT Beynəlxalq Banklararası sistem

-Sahibkarlığa Kömək Milli Fondu

-Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu

-Azərbaycan Mikromaliyyə Assosiasiyası

-Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu

-Azəricard Prosessinq Mərkəzi və s.

Azərbaycan ölkə daxilində kartların prosessinqi ilə məşğul olan Millikart Səhmdar Cəmiyyətinin təsisiçilərindən biridir.

“Amrahbank”la əməkdaşlıq edən AmrahSığorta şirkəti Bankın müştərilərinə sığorta sahəsində müxtəlif məhsul və xidmətlər təqdim edir.

 
Ümumi məlumat
Təşkilati struktur
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsi
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış