2008-ci ildən  Amrahbank ilə Bəhreynin  Beynəlxalq İnvestisiya Bankı arasında qurulmuş strateji əməkdaşlıq münasibətləri korporativ müştərilərimizə təklif edə biləcəyimiz xidmətlərimizin əhatə dairəsini xeyli genişləndirmişdir. Xüsusilə bu ortaqlıq Bizə investisiya bankçılığı kimi bir sahə ilə tanış olmaq, dünyanın müxtəlif yerlərindəki maliyyə bazarları və investorlar ilə əlaqələr qurmağa imkan vermişdir. Hazırda isə bunun nəticəsi olaraq, Biz müştərilərimizə uzunmüddətli maliyyə məhsul və xidmətlərini təqdim etmək iqtidarındayıq. Təqdim edə biləcəyimiz xidmətlərin sırasına aşağıda qeyd olunanlar daxildir:

- Kapitala qoyuluşların, borcun maliyyələşdirilməsi, strukturlaşdırılmış maliyyə əqdləri
- Səhmlərin yerləşdirilməsi
- Hüquqi şəxslərin birləşməsi və satın alınması
- Layihələrin maliyyələşdirilməsi
- Vergilərin optimallaşdırılması və s.

Maliyyə xidmət və məhsullarına dair tələblərinizin nədən ibarət olmasına baxmayaraq, Amrahbank Sizə həmçinin biznes planlarınızın hazırlanması, potensial investorların axtarışı və seçilməsində, maliyyələşdirmə üzrə şərtlərin müzakirəsi və razılaşdırılmasında da köməkçi ola bilər.

Korporativ maliyyə xidmətləri üçün Bizim tariflərimiz müxtəlif ola bilər. Bir qayda olaraq maliyyələşdirmə əqdləri üzrə Amrahbank müştərinin almış olduğu vəsaitlərin məbləğindən faiz ilə hesablanan kiçik komisyon haqqını alır. Digər hallarda, Biz xidmətlərimizi pulsuz təqdim edə bilərik ki, bunun müqabilində müştərilərimiz ilə münasibətlərimizi müvəffəqiyyətli və uzun müddətli qura bilək.
Cari hesablara xidmət
Kreditlər
   Biznes kreditləri
   Fərdi sahibkarlıq kreditləri
Depozitlər
Strukturlaşdırılmış maliyyələşdirmə
Sənədli əməliyyatlar
Tərəfdaşlıq üçün imkanlar
Biznes məsləhətləri
FATCA
Axtarış