Müştərilərə təqdim olunan hesab-fakturaların tarixi ilə ödəniş tarixi arasında çox zaman müəyyən vaxt boşluğunun olmasını nəzərə alaraq, demək olar ki, bir çox hallarda müəssisələrin qısa müddət üçün maliyyə vəsaitlərinə ehtiyacı olur. Bizim təqdim etdiyimiz və ən müasir tələblərə cavab verən sənədli əməliyyatlar üzrə xidmətlər korporativ müştərilərimizə, likvidlik üzrə hər hansı çətinliklər ilə üzləşməməkdən ötəri nağd pul vəsaitlərini əldə etmək üçün real imkan yaradır. Biz başa düşürük ki, sənədli əməliyyatlar  maliyyələşdirmə qərarlarının qısa müddətdə çıxarılmasını labüd edir,  bu səbəbdən də xidmətlərin bu sahəsi üzrə Biz sadələşdirilmiş prosesləri tətbiq edərək qərarımızı mümkün qədər qısa müddət ərzində çıxarmağa çalışırıq.

Deyilənlərə əlavə olaraq,  fəaliyyətlərini ixrac və idxal ətrafında qurmuş müəssisələrə də maliyyələşdirmə üzrə xidmətlərimizi təqdim edirik. Müxtəlif beynəlxalq maliyyə təşkilatları və ixracın maliyyələşdirilməsi agentlikləri        ( US Exim Bank, OFID, ITFC, və s.) ilə müvəffəqiyyətlə davam etməkdə olan tərəfdaşlıq münasibətlərini nəzərə alaraq,  müştərilərimizə ən əlverişli qiymət və faizlər ilə 12 aylıq kreditləşdirmə imkanlarını təqdim edirik.

Aşağıda sənədli əməliyyatlar üzrə hazırkı tariflər barəsində ətraflı məlumat verilmişdir:
Sənədli inkasso əməliyyatları
Əməliyyat   Tarif
Sənədlərin inkassoya qəbul olunması   İnkasso məbləğindən 0.1 % (minimal 75 ABŞ dolları, maksimal 500 ABŞ dolları)
Ödənişə və akseptə qarşı sənədlərin verilməsi   Ödəniş məbləğindən 0.1 %
İnkasso tapşırığının şərtlərinin dəyişdirilməsi   30 manat
Ödənişdən imtina və aksept olunmamış sənədlərin geri qaytarılması   Ödəniş məbləğindən 0.05 % (maksimal 100 ABŞ dolları)
İnkasso tapşırığının ləğv edilməsi   30 manat
Poçt xidmətləri (hər göndərilmiş paketə görə)   Fakt üzrə
     
Bank zəmanətləri və ehtiyat akkreditivləri
Əməliyyat   Tarif
Ehtiyat akkreditivinin/zəmanətin verilməsi, onun məbləğinin artırılması və ya müddətinin uzadılması   Akkreditivin məbləğindən 0.1 % (minimal 50 manat, maksimal 500 manat)
Ehtiyat akkreditivinin/zəmanətin şərtlərinin dəyişdirilməsi    
Hər dəyişiklik üçün 50 manat
Ehtiyat akkreditivinin/zəmanətin ləğv edilməsi   Pulsuz
Ehtiyat akkreditivinin/zəmanətin avizo olunması və ya məbləğinin artırılması   Pulsuz

Ehtiyat akkreditivi/zəmanət üzrə dəyişikliklərin, məbləğin artırılması istisna olmaqla, avizo olunması




 

 
 

Pulsuz

Zəmanətin təsdiq edilməsi
 
  Təsdiq edən bankın tarifi
Ehtiyat akkreditivinin/zəmanətin Amrahbank tərəfdən təsdiq edilməsi   Razılaşma ilə
Ehtiyat akkreditivi/zəmanət üzrə ödəniş tələbinin yoxlanılması   100 manat
Başqa bankın qarantiyasının yoxlanılması   50 manat
Müştərinin tələbi ilə digər bankın ehtiyat akkreditivinin/zəmanətinin şərtlərinə əsasən, ödəniş tələbinin təqdim edilməsi   100 manat
Digər xərclər   Fakt üzrə
     
İdxal akkreditivləri
Əməliyyat   Tarif
Akkreditivin açılması:

-500 000 ABŞ dollarına qədər

-500 001 – 1 000 000 ABŞ dolları

-1 000 000 ABŞ dollarından çox
   

-Akkreditivin məbləğindən 0.35 % (minimal 100 ABŞ dolları)
-Akkreditivin məbləğindən 0.25 %

-Akkreditivin məbləğindən 0.15 %
Akkreditivin məbləğinin artırılması   Artan məbləğdən 0.2 % (minimal 100 ABŞ dolları)
Akkreditivin vaxtının uzadılması   Hər 90 gün üçün akkreditivin məbləğindən 0.2 %
Akkreditivin şərtlərinin dəyişdirilməsi   Hər dəyişiklik üçün 100 manat
Akkreditiv üzrə sənədlərin qəbulu və yoxlanılması (hər sənəd toplusu üçün)   Akkreditivin məbləğindən 0.1 % (minimal 150, maskimal 500 ABŞ dolları)
Akkreditiv üzrə ödəniş   Ödəniş məbləğindən 0.1 % (minimal 100, maksimal 500 ABŞ dolları
Akkreditivin təsdiq edilməsi   Akkreditivin məbləğindən 0.2 % (minimal 100 ABŞ dolları); müxbir bankın komisyon haqqı müştəridən tutulur
Akkreditivin gözlənilən açılışının avizo edilməsi   50 manat
Digər xərclər   Fakt üzrə
     
İxrac  akkreditivləri
Əməliyyat   Tarif
Akkreditivin avizo olunması    Akkreditivin məbləğindən 0.1 %
Akkreditivin məbləğinin artırılması    Artan məbləğdən 0.1 %
Akkreditiv şərtlərinin dəyişdirilməsinin avizosu    50 manat
Akkreditivlər üzrə sənədlərin qəbulu, yoxlanılması və göndərilməsi   Akkreditivin məbləğindən 0.15 % (minimal 150 manat, maksimal 500 manat)
Akkreditivin təsdiq edilməsi, təsdiq edilmənin əlavə edilməsi ilə avizo olunma, məbləğin artırılması və ya təsdiq edilmiş akkreditivin vaxtının uzadılması   Razılaşma ilə
Köçürülə bilən akkreditivin köçürülməsi   Razılaşma ilə
Digər xərclər   Fakt üzrə
     
Cari hesablara xidmət
Kreditlər
   Biznes kreditləri
   Fərdi sahibkarlıq kreditləri
Depozitlər
Strukturlaşdırılmış maliyyələşdirmə
Sənədli əməliyyatlar
Tərəfdaşlıq üçün imkanlar
Biznes məsləhətləri
FATCA
Axtarış