“Amrahbank”ın aktivləri 33,9% artıb
01.10.2010 tarixinə olan məlumata görə Amrahbank ASC-nin aktivlərinin həcmi 84,531 mln.manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,9 % faiz çoxdur .

Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,0%, ilin əvvəli ilə müqayisədə 23,1%, artaraq 49,192 mln.manat, o cümlədən istehlak kreditlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,5%, ilin əvvəli ilə müqayisədə isə 45,5% artaraq 36,693 mln.manat təşkil etmişdir.

Hesabat dövründə Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,2%, ilin əvvəli ilə müqayisədə 4,3 % artaraq 42,945 mln manat, o cümlədən əhalinin əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,2%, ilin əvvəli ilə müqayisədə 20,0 % artaraq 29,004 mln. manat təşkil etmişdir.

Eyni zamanda Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7%, ilin əvvəli ilə müqayisədə 7,2% artaraq 22,130 mln.manat, o cümlədən nizamnamə kapitalı 12,2% artaraq 14,387 mln.manat təşkil etmişdir.

Bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0% artaraq 10,455 mln.manat, xərcləri 16,7 % artaraq 8,806 mln.manat, mənfəəti isə 4,8% artaraq 1,649 mln.manat təşkil etmişdir.

Hesabat dövründə Bankın müştərilərinin ümumi sayı 36 750 olmuşdur. Onlardan fiziki şəxslərin sayı 33 200 nəfər, hüquqi şəxslərin sayı isə 3550 nəfər təşkil etmişdir.

1993-cü ildə təsis edilmiş və Azərbaycanın sürətlə inkişaf edən banklarından biri olan Amrahbank müştərilərinə depozit hesabları, plastik kartlarla əməliyyatlar, hesablaşma-kassa xidmətləri, sənədli əməliyyatlar, kredit əməliyyatları, o cümlədən istehlak və biznes kreditləri, 24 saat ATM xidməti, valyuta mübadiləsi, yerli və beynəlxalq pul köçürmələri, kommunal və rabitə xidmətlərinin ödənişi, banklararası kreditlər və depozitlər, biznes məsləhətləri kimi müxtəlif növ fərdi və korporativ bank xidmətləri göstərir.

2008-ci ildən Bəhreyn Krallığında yerləşən və Bankın səhmlərinin 49%-nə sahib olan Beynəlxalq İnvestisiya Bankı ilə yaradılmış strateji əməkdaşlıq əlaqələri, Amrahbank daxılındə bir sıra sahələrin, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin çeşidi, keyfiyyəti və s. sahələrin inkişafında mühüm rol oynamışdır.
Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsinin üzvləri
   Daxili komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru