"Amrahbank"ın Həzi Aslanov filialı fəaliyyətə başladı
Amrahbank filiallar şəbəkəsini genişləndirmək siyasətini davam etdirməklə son 10 gün ərzində 2-ci yeni filialını açdı. Bankın yeni filialı Xətai rayonu, Məhəmməd Hadi küçəsi 68 ünvanında (Həzi Aslanov metrosunun yaxınlığında) yerləşir. Xatırladaq ki, Bankın yeni 4-cü mikrorayon filialı 10 gün bundan əvvəl fəaliyyətə başlamışdı.

Açılış mərasimində iştirak edən İdarə Heyətinin sədri cənab Emil Məmmədov qeyd etdi ki, yeni səhmdarın cəlb edilməsi, bank işi üzrə yeni proqram təminatının alınması, bankın işçi heyətinin təkmilləşdirilməsi istiqamətində aparılan işlər, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və s. Bankın inkişaf tarixində yeni bir mərhələnin yaranmasına səbəb olmuşdur. Bütün bu Işlər isə birbaşa olaraq potensial istehlakçının seçilməsində əsas meyar sayılan bank xidmətinin sürət və keyfiyyətinin yaxşılaşdırılmasına doğru istiqamətləndirilmişdir.

Filialın müdiri cənab Turaz Şabanovun sözlərinə görə filial həm fiziki, həm də korporativ müştərilərə geniş bank xidmətləri təqdim edəcəkdir. Bunu nəzərə alaraq yeni filial texniki cəhətdən fəaliyyət göstərməyə tam hazırdır və səriştəli işçilərlə təmin olunmuşdur. Yerləşdiyimiz ərazidə ölkənin lider banklara aid filiallar şəbəkəsinin sıxlığını nəzərə alaraq hər bir müştəri yüksək qiymətləndiriləcəkdir.

Amrahbank ölkənin ən gəlirli (31 dekabr 2008-ci il tarixinə görə kapitalın gəlirliliyinə görə banklar arasında birinci üçlükdə olmuşdur) və ən geniş filiallar şəbəkəsinə malik (Bakı şəhəri və regionlar üzrə) banklarından biridir.

Son illərdə Bəhreyndə yerləşən və Bankın səhmlərinə 49 % pay ilə sahib olan Beynəlxalq İnvestisiya Bankı ilə yaradılmış strateji əməkdaşlıq Bankın fəaliyyətinin bir sıra sahələrində, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin keyfiyyət və kəmiyyətində və s. mühüm rol oynamışdır.















Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsinin üzvləri
   Daxili komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru