Amrahbank faiz gəlirlərini 5 dəfədən çox artırıb
Amrahbank ASC ilk öncə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edir və bildirir ki, 26 ildir Azərbaycan maliyyə bazarında uğurla fəaliyyət göstərən Amrahbank ASC 2019-cu ilin son 5 ayı ərzində də bəzi maliyyə göstəricilərində də müsbət nəticələrə nail olmuşdur. Belə ki, 2019-cu ilin  5 ayı ərzində Amrahbank ASC-nin faiz gəlirləri 2018-ci ilin 5 ayı ilə müqayisədə  3,2 dəfədən çox artaraq 10 milyon 488 min manat təşkil etmişdir. Əməliyyat gəlirləri müvafiq dövrlə müqayisədə 3 milyon 104 min manatdan çox olmuşdur. 2019-cu ilin 5 ayı ərzində haqq və komissiya gəlirləri isə ötən ilin 5 ayı  ilə müqayisədə 16,14% artaraq 1 milyon 530 min manat təşkil etmişdir.

2019-cu ilin 5 ayı ərzində Bankın kredit portfeli 2018-ci ilin 5 ayı ilə  müqayisədə  9 milyon 938   min manat artaraq,  2019-cu ilin 5 ayında 119 milyon 492   min manat təşkil etmişdir.

Hər bir bankda olduğu kimi “Amrahbank”ın fəaliyyətində də müştəri etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb edir. Belə ki, 2019-cu ilin 5 ayı ərzində “Amrahbank”ın cəlb olunmuş vəsaitlərində də artım müşahidə olunmuşdur. 2019-cu ilin 5 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin əmanətlərinin həcmi də 13%-ə qədər artmışdır.
Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsinin üzvləri
   Daxili komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru