Amrahbank korporativ sosial məsuliyyət çərçivəsində keçirilən tədbirlərin ictimaiyyətə faydalı təşkil olunmasında daim maraqlıdır.

 Amrahbank  Xəzər Qayğıkeşlik layihəsi Humanitar İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərcivəsində “Dünyamızı daim parlaq rənglərdə görək” adlı növbəti xeyriyyəçilik tədbirini həyata keçirdi.

Bildirmək istəyirik ki, bank tərəfindən bu tip tədbirləin keçirilməsində əsas məqsəd ictimaiyyətdə mövcud olan problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, ehtiyac sahiblərinə kömək əli uzatmaqdır.

Növbəti korporativ sosial məsuliyyət (KSM) çərçivəsində “Amrahbank”ın maddi dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında imkansız ailədən olan, “katarakta” xəstəliyindən əziyyət çəkən, əməliyyat etmək imkanları olmadıqlarından görmə qabiliyyətlərini getdikcə itirmək təhlükəsi olan 1939-cu il təvəllüdlü Xvatova Svetlananın, 1951-ci il təvəllüdlü Kərimova Rəhilənin, 1941-ci il təvəllüdlü Şıxəliyeva Ayətin gözlərində klinikanın həkimləri tərəfindən cərrahi əməliyyat aparıldı.

Klinikadan daxil olan məlumata görə əməliyyatdan sonrakı gün müayinə olunan xəstələr dünyanı parlaq rəngdə görə bildikləri üçün özlərini çox xoşbəxt hiss edirdilər və talelərində böyük rol oynayanlara sonsuz dərəcədə minnətdar idilər. 

Xatırladırıq ki, 2017-ci ilin əvvəlindən Amrahbank Xəzər Qayğıkeşlik layihəsi Humanitar İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərcivəsində artıq 9 nəfərin gözlərində uğurlu göz əməliyyatlarının həyata keçirilməşinə maddi dəstək göstərmişdir.

Amrahbank ənənəvi bank fəaliyyəti ilə yanaşı daima elm, təhsil, sağlamlıq, idman və s. KSM layihələrinin həyata keçirilməsini özünün əsas prioritetlərindən hesab edir.

Amrahbank “Səzə açıq və aydın bank”

Ümumi məlumat
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış