“Amrahbank”ın AZN hesablı debet kartlarında nağdlaşdırma faizi “0”-dır.
Əhaliyə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərən Amrahbank dəyərli müştərilərini daha bir yeniliklə sevindirib. Belə ki, “Amrahbank”ın bütün AZN hesablı debet kartlarında Azərbaycan Respublikasının ərazisində Amrahbank şəbəkəsi daxilində (bankomat və kassalarda yerləşdirilmiş POS terminallarda) nağd vəsaitin çıxarılmasına görə komissiya haqqı 0% təyin edilmişdir.

Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin üzvü olan Amrahbank müştərilərinə Visa Elektron / Maestro, Visa Classic / MasterCard Sandard, Visa Gold / MasterCard Gold, Visa Platinum / MasterCard Platinum, Yubiley Kart, Neftçi Fankart kimi müxtəlif növ debet kartları təklif edir. 

“Amrahbank”ın debet kartları müasir, təhlükəsiz və bir çox üstünlükləri olan rahat bir maliyyə alətidir. Plastik kartlar vasitəsilə dünyanın istənilən nöqtəsində həm bankomatlardan nağd pul çıxarmaq, həm də otel, restoran, ticarət mərkəzlərində və mağazalarda nağdsız ödənişlər aparmaq mümkündür. Online ödənişlər, SMS xəbərdarlıq, Card-to-Card, Cash by code, Mobil və İnternet-bankçılıq, PİN Change, Master Card Money Send, 3D Secure xidməti və s. debet kartlarının üstünlüklərindəndir.

“Amrahbank”ın plastik kart məhsulları haqqında daha ətraflı məlumat əldə etmək üçün Bankın 987 Məlumat Mərkəzinə, www.amrahbank.az/com və ya  www.facebook.com/ amrahbank  rəsmi internet səhifələrinə müraciət edə bilərsiniz.

“Amrahbank” Sizə açıq və aydın bank!

 

Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   Audit Komitəsi
   İdarə Heyəti
   Departamentlər
   Komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış