Amrahbank ASC nizamnamə kapitalını əlavə 20 milyon manat artırır
Amrahbank ASC-nin Səhmdarlarının 26.07.2016-cı il tarixində keçirilmiş Ümumi Yığıncağında qərara alındı ki, Bankın nizamnamə kapitalı əlavə 20 000 000 manat artırılsın. Bununla əlaqədar işlərin aparılmasına dair İdarə Heyətinə müvafiq  tapşırıqlar verildi.
 
Xatırladaq ki, 1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ərəb kapitalı ilə fəaliyyət göstərən yeganə bankıdır. Belə ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.
 
Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. 
 
Hal hazırda bank baş ofisi, 22  filiali və 1 şöbəsilə fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Bərdə ,Şəmkir, Goranboy, Tovuz kimi regionlarını da əhatə edir.
Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   Audit Komitəsi
   İdarə Heyəti
   Departamentlər
   Komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış