“Amrahbank”da ABŞ dollarında olan əmanətlər üzrə faiz dərəcələri 14%-ə qədər qaldırıldı
 17 fevral 2015-ci il tarixindən Amrahbank ASC-də ABŞ dollarında olan əmanətlər üzrə illik faiz dərəcəsi 14%-ə qədər qaldırıldı. Bankın manat hesabında olan əmanətlər üzrə illik faiz dərəcəsi isə 15%-ə bərabərdir. Hazırda Amrahbank banklar arasında əmanətlər üzrə ən yüksək ilik faiz gəlirləri təklif edən banklardan biridir.
1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir..
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com),  2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.
 
Hal-hazırda 23 filiali və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir
Ümumi məlumat
Təşkilati struktur
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsi
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış