Amrahbank AMFA-nın 7-ci maliyyə konfransında iştirak etdi

9-10 oktyabr 2014-cü il tarixlərində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) “Maliyyə əhatəliliyini dəstəkləyən innovativ praktikalar: təcrübələrin öyrənilməsi” adlı 7-ci Mikromaliyyə Konfransı keçirildi.
Tədbirdə  “Amrahbank”dan da 3 nəfərlik nümayəndə heyəti iştirak etdi.
Risklərin idarə edilməsi sahəsində ən qabaqcıl təcrübələrin paylaşması və Azərbaycan mikromaliyyə sektorunun təkmilləşdirilməsinə töhfə ola biləcək ideyalar mübadiləsi üçün əlverişli mühitin yaradılması tədbirin əsas məqsədlərindən idi.
Konfrans iştirakçılara, investorlara, strateji maraqlı tərəflər və texniki xidmət təchizatçıları ilə şəbəkələşmək və yeni əməkdaşlıqlar yaratmaq imkanı verdi.  Həmçinin, konfrans iştirakçılara müxtəlif mikromaliyyə təcrübələrini paylaşmaq və bu gün maliyyə sektoru üçün mövcud  olan çətinliklərə baxmayaraq, sektorun funksionallığını təkmilləşdirmək yollarını mühafizə etmək üçün də  mükəmməl bir imkan yaratdı.
İki günlük tədbir Azərbaycanda mikromaliyyə mühiti: Azərbaycan və qlobal təcrübələr, kənd təsərrüfatı maliyyəsində yeniliklər, İslam mikromaliyyəsi və İslam Bankçılığı, mikromaliyyədə enerji səmərəliliyi məsələləri, müştərilərin şikayətləri, maliyyə xidməti  istehlakçılarının rəy və təkliflərinin idarə edilməsi, mikromaliyyədə ev tikintisi və təmir kreditləri; maliyyəyə çıxış: investorların rolu və maliyyə əhatəliyinin təsviri kimi mövzuları  da əhatə etdi.  
Əlavə olaraq qeyd etmək istərdik ki, Amrahbank 2013-cü ildən AMFA-nın üzvüdür və bu sahə üzrə aktiv əməkdaşlıq edir.
 
Ümumi məlumat
Təşkilati struktur
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsi
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış