“Amrahbank”da talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirildi
Məlum olduğu kimi paytaxtımız Bakı şəhərində, Azərbaycanın regionlarında talassemiyalı  və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. Yaşadığımız mühitdə mövcud olan belə  ictimai-sosioloji problemlərə biganə qalmamaq məqsədilə ötən ildə olduğu kimi  bu il də “Amrahbank” ASC “Azərbaycan Talassemiya Federasiyası” ilə birlikdə qanvermə aksiyası keçirdi.

Qanvermə aksiyası may ayının 17-də, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəlllə, Bala Dadaşov, 34-36 ünvanda yerləşən “Amrahbank”ın Nərimanov filialında  təşkil olundu. Qan vermədə iştirak edən “Amrahbank” kollektivinin 100-dən çox  könüllüləri aksiyada aktiv iştirak etdilər.

Tədbirdə iştirak edən Amrahbank İdarə Heyətinin sədri vəzifəsini i.e. cənab E. Həsənov qan donoluğu, xüsusilə korporativ donorluğun əhəmiyyətindən danışdı və belə sosial əhəmiyyətli korporativ tədbirlərin davam etdiriləcəyini bir daha vurğuladı.

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 21 filiali və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.








Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsinin üzvləri
   Daxili komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru