Amrahbank Bazarstore, İdeal və İnteqral Plus magazalar şəbəkəsilə birlikdə 02.03.2015-31.04.2015 tarixlərində əmanətçilər üçün çox faydalı olan “İkinci Depozit Festivalı” kampaniyasını həyata keçirir.

Kampaniya müddətində “Amrahbank”da manat, dollar və ya avroda depozit yerləşdirənlər həm 15%-dək gəlir əldə edəcək, həm də depozitinin məbləği 2000-dən artıq olan hər bir kəs Bazarstore və İdeal magazalar şəbəkəsindən alış-veriş kartları, İnteqral Plus magazalarından müxtəlif növ telefonlar qazanacaqlar!

Kampaniyanın şərtlərinə görə:

2000 - 4999 AZN* məbləğində əmanət hesabı açan müştəriyə 20 AZN məbləğində Bazarstore kartı;

5000 - 9999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 50 AZN məbləğində Bazarstore kartı;

10000 - 19999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 50 AZN məbləğində Bazarstore, 50 AZN məbləğində İdeal kartları;

20000 - 29999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 100 AZN məbləğində Bazastore, 100 AZN məbləğində İdeal kartları;

30000 - 34999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 150 AZN məbləğində Bazarstore, 150 AZN məbləğində İdeal kartları;

35000 - 49999 AZN məbləğində əmanət hesabı açan müştəriyə Samsung Galaxy S5 Mini mobil telefonu;

50000 - 79999 AZN məbləğində əmanət hesabı açan müştəriyə Samsung Galaxy S5 və ya Samsung Galaxy Alpha mobil telefonu;

80000-99999 AZN məbləğində əmanət hesabı açan müştəriyə İphone 6 mobil telefonu;

100000 AZN və yuxarı məbləğində əmanət hesabı açan müştəriyə İphone 6 mobil telefonu, 100 AZN məbləğində Bazarstore və 100 AZN məbləğində İdeal kartları və əlavə hər 50000 AZN üçün müştərinin istəyindən asılı olaraq 100 AZN məbləğində ya Bazarstore, ya da İdeal kartları hədiyyə olaraq veriləcəkdir.

* Əmanət xarici valyutada açıldıqda, məbləğ əməliyyat aparılan günə Mərkəzi Bankın rəsmi məzənnəsinə milli valyuta ekvivalenti ilə hesablanır.

Məlumat üçün bildiririk ki, kampaniya “Amrahbank”ın Lider, Güvən və Daxıl əmanətlərinin müştərilərinə şamil edilir.

MasterCard ilə Bravo-da hədiyyə qazanın!
MasterCard üstünlükləri ilə UBER-in premium xidmətindən zövq almaq: qiymətsiz
MasterCard üstünlükləri ilə UBER-dən yararlanmaq: qiymətsiz
MasterCard istifadə edin, PULSUZ dayanacaqdan faydalanın!
Visa Gold sahibləri üçün Mybrands mağazalarında endirim!
Visa Gold kartla ödəniş et, “Park Cinema”dan endirim qazan!
MasterCard kart sahibləri üçün UBER-dən HƏDİYYƏ!
VİSA kart sahibləri üçün yeni aksiya!
VİSA kart sahibləri üçün “Arzularınızın səyahətini qazanın” adlı stimullaşdırıcı lotoreya.
DEPOZİT FESTİVALI - 3
“Amrahbank”da köçürmə et, pulsuz ünsiyyət qazan!
DEPOZİT FESTİVALI - 2
DEPOZİT FESTİVALI - 1
Axtarış